Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 2-də İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Daxili siyasət
2 Sentyabr , 2022 12:01
Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan ilə İran arasında faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Son xəbərlər

Orphus sistemi