Sabunçuda 29 saylı seçki məntəqəsində səsvermə davam edir

Daxili siyasət
  • 23 dekabr, 2019
  • 06:07
Sabunçuda 29 saylı seçki məntəqəsində səsvermə davam edir

27 saylı Sabunçu ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində bələdiyyə seçkiləri davam edir.

"Report" un məlumatına görə, bu məntəqədə 15 yer uğrunda 38 namizəd mübarizə aparır.

Seçki məntəqəsində ümumilikdə 1351 seçici qeydə alınıb. Hazırda 81 nəfər səs verib.

Seçki prosesini 7 yerli müşahidəçi izləyir və indiyədək heç bir pozuntu qeydə alınmayıb.

Bundan əlavə, məntəqədə veb-kameralar quraşdırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti