Saatlıda Zəfər Günü ilə əlaqədar tədbir təşkil edilib

Saatlıda Zəfər Günü ilə əlaqədar tədbir təşkil edilib Saatlı rayonunda Zəfər Günü ilə əlaqədar tədbir təşkil edilib.
Daxili siyasət
8 Noyabr , 2022 19:40
Saatlıda Zəfər Günü ilə əlaqədar tədbir təşkil edilib

Saatlı rayonunda Zəfər Günü ilə əlaqədar tədbir təşkil edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirin əvvəlində Saatlı RPŞ-nin rəhbərliyi və əməkdaşları Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə tər güllər düzüblər.

Sonra isə Vətən müharibəsi iştirakçılarının və polis əməkdaşlarının iştirakı ilə Gənclər Evində davam edən tədbirdə çıxış edənlər şanlı qələbəmizdən danışıblar.

Bildirilib ki, qüdrətli ordumuzun gücü sayəsində 30 il işğal altında olan torpaqlarımızın azad edilib, müqəddəs amal uğrunda canlarından keçən şəhid oğullarımızın qısası alınıb.

Tədbirin sonunda isə polis şöbəsinin kollektivi DİN Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu Anar Məmmədovun məzarını ziyarət ediblər, məzarının üzərinə tər çiçəklər düzüblər.

Son xəbərlər

Orphus sistemi