Rusiyada qeydiyyata alınan Azərbaycan vətəndaşlarının hamısı səsvermədə iştirak edib

Rusiyada qeydiyyata alınan Azərbaycan vətəndaşlarının hamısı səsvermədə iştirak edib Moskva. 11 aprel. REPORT.AZ/ Azərbaycanın Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki diplomatik nümayəndəliklərində qeydiyyatda olan seçicilərin hamısı səsvermədə iştirak edib.
Daxili siyasət
11 Aprel , 2018 21:22
Rusiyada qeydiyyata alınan Azərbaycan vətəndaşlarının hamısı səsvermədə iştirak edib
Foto: "Report"

Moskva. 11 aprel. REPORT.AZ/ Azərbaycanın Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki diplomatik nümayəndəliklərində qeydiyyatda olan seçicilərin hamısı səsvermədə iştirak edib.

"Report"un Rusiya bürosu xəbər verir ki, Rusiyada yaşayan, işləyən və ezamiyyətdə olan qeydiyyata alınmış Azərbaycan vətəndaşlarının Prezident seçkilərində iştirakı 100 faiz təşkil edib.

Bu isə rekord göstərici sayılır.

Bundan başqa, seçki məntəqlərinə əvvəlcədən qeydiyyata alınmamış Azərbaycan vətəndaşları da gəliblər və müvafiq sənədlərini təqdim edərək səsvermə hüququndan istifadə ediblər.

Səsvermə bitdikdən sonra seçki qutuları KİV nümayəndələrinin iştirakı ilə açılıb. Səslər sayıldıqdan sonra yekun protokollar Azərbaycanın Mərkəzi Seçki Komissiyasına göndəriləcək. 

Son xəbərlər

Orphus sistemi