"Rabitə işi" üzrə həbs edilən vəzifəli şəxs əfv olunub

Daxili siyasət
  • 16 mart, 2019
  • 13:17
Rabitə işi üzrə həbs edilən vəzifəli şəxs əfv olunub

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynovun da adı var.

"Report" xəbər verir ki, sərəncamla B.Hüseynov əfv olunub.

Qeyd edək ki, B.Hüseynov "Rabitə işi" üzrə həbs edilmişdi.