QHT-lərə Dövlət Dəstəyi Şurası keçən ilki fəaliyyəti haqqında hesabat konfransı keçirib

QHT-lərə Dövlət Dəstəyi Şurası keçən ilki fəaliyyəti haqqında hesabat konfransı keçirib Şuraya 2014-cü il ərzində 768 təklif daxil olub, bu təkliflərin 403-ü həyata keçirilib
Daxili siyasət
22 Yanvar , 2015 11:58
QHT-lərə Dövlət Dəstəyi Şurası keçən ilki fəaliyyəti haqqında hesabat konfransı keçirib

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyəti haqqında hesabat konfransı keçirib.

“Report”un məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Şura rəhbərliyi, QHT nümayəndələri və başqaları iştirak edib.

Şuranın sədri Azay Quliyev deyib ki, hər bir qurum, donor şəffaflığı təmin etməlidir. O bildirib ki, 2014-cü il Şura üçün uğurlu il olub: “Şurada 2014-cü il rekord həddə maliyyələşmə olub. Bu da QHT-lərin inkişafına təkan verib. Ötən il “İctimai iştirakçılıq haqqında” qanunun icrasına başladıq. Bununla bağlı 33 rayonda tədbirlər keçirdik. Bu qanun çərçivəsində ilk İctimai Şura Gəncədə yaradılacaq”.

Bildirilib ki, Şura 1-ci maliyyə yardımı müsabiqəsində 261 layihəyə 1 milyon 653 min manat vəsait xərcləyib. 2-ci maliyyə yardımı müsabiqəsində isə 126 layihəyə 878 min manat pul sərf edilib.

Şuraya 2014-cü il ərzində 768 təklif daxil olub. Bu təkliflərin 403-ü həyata keçirilib.

Tədbirdə, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü ildəki fəaliyyəti ilə bağlı video-rolik nümayiş etdirilib. 

Son xəbərlər

Orphus sistemi