Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Daxili siyasət
  • 28 oktyabr, 2019
  • 11:31
Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev "Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

44 filmi