Qaxda selə qarşı tədbirlər gücləndirilib, dağ çaylarında mühafizə işləri görülür

Qaxda selə qarşı tədbirlər gücləndirilib, dağ çaylarında mühafizə işləri görülür Qax rayonunda mümkün sel təhlükəsinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Daxili siyasət
19 Avqust , 2024 00:33
Qaxda selə qarşı tədbirlər gücləndirilib, dağ çaylarında mühafizə işləri görülür

Qax rayonunda mümkün sel təhlükəsinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Qax rayonunda fəaliyyət göstərən yerli istismar idarəsinin texnikaları bu işlər üçün səfərbər edilib.

Hazırda Kürmük çayında məcra təmizləmə işləri həyata keçirilir. Bununla yanaşı, rayon ərazisindən axıb keçən digər dağ çaylarında da bu işlər yerinə yetirilir.

İdarənin baş mühəndisi Turan Şahidov "Report"un yerli bürosuna bildirib ki, ilin əvvəlindən indiyədək çaylarda 227 min kub metrdən artıq məcra təmizləmə işləri görülüb:

"Selə qarşı mübarizə tədbirləri ilə yanaşı, suvarma suyunun əkin sahələrinə normal qaydada çatdırılmasını təmin etmək üçün suvarma kanalları mütəmadi olaraq lildən təmizlənir. Bundan başqa, su itkisinin qarşısının alınması istiqamətində torpaq məcralı kanallar beton üzlüyə alınır. Bu il texnikalar vasitəsilə 100 min kub metrdən artıq kanal lildən təmizlənib".

Qeyd edək ki, Qax rayonu ərazisində suvarılan sahələrə xidmət edən əsas mənbələr - Kürmük çayı, Qum çayı, Ləkit çayı, Zərnə çayı, Qapıçay çayı, Duruca çayı və qaynama qara sularıdır.

Son xəbərlər

Orphus sistemi