​Ermənistandan Azərbaycana qaçan müxalifət nümayəndəsi mətbuat konfransı keçirəcək

​Ermənistandan Azərbaycana qaçan müxalifət nümayəndəsi mətbuat konfransı keçirəcək O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Azərbaycandan siyasi sığınacaq istəyib
Daxili siyasət
17 Sentyabr , 2015 17:14
​Ermənistandan Azərbaycana qaçan müxalifət nümayəndəsi mətbuat konfransı keçirəcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Ermənistandan Bakıya qaçan müxalifət nümayəndəsi Vaan Emilyeviç Martirosyan mətbuat konfransı keçirəcək.

Bu barədə "Report"a Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzindən (BMM) məlumat verilib.

Vaan Martirosyan “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistanın dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qaldığına görə Azərbaycana qaçıb. O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi üçün Azərbaycandan siyasi sığınacaq istəyib.

Son xəbərlər

Orphus sistemi