Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramının ikinci mərhələsi çərçivəsində “Məlumatların təhlil üsulları: Microsoft Power BI” mövzusunda onlayn şəkildə təlim kursu keçirilib.
Bu barədə "Report"a Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Təlim kursunda Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin prokuroru İsmayıl Musayev və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Əflatun Hüseynov iştirak ediblər.
Qeyd olunan təlim kursuna Avropa Şurasının Baş Qərargahının proqram meneceri xanım Danae İssa, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernies, Azərbaycanın Maliyyə Monitorinqi Xidmətinin Nəzarət Departamentinin rəisi Elçin Əhmədov, Avropa Şurasının ekspertləri Dmitri Solovev, xanım Olqa Solonoviç və ölkəmizin bir neçə mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları qatılıb.
Videoformatda keçirilən təlim kursunda iştirakçılar tərəfindən statistik məlumatlarla işləyərkən “Microsoft Power Business Intelligence Desktop” proqram təminatı vasitəsilə məlumatların emal və təhlil işini asanlaşdırma, onlara müxtəlif mənbələrdən əldə edilən məlumatların vahid struktura salınması, modelləşdirmə və peşəkar şəkildə vizuallaşdırılma qaydaları öyrənilib.