Prezident Dövlət Gömrük Komitəsinə 4 milyon manat ayırdı

Prezident Dövlət Gömrük Komitəsinə 4 milyon manat ayırdı Prezident İlham Əliyev “Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
27 Aprel , 2020 11:38
Prezident Dövlət Gömrük Komitəsinə  4 milyon manat ayırdı
0 : 00
0 : 00

Prezident İlham Əliyev “Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Dövlət Gömrük Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi