Prezidentin köməkçisi: "Jurnalistlər seçkini peşəkarlıqla, Seçki Məcəlləsinin tələblərinə uyğun işıqlandırmalıdır"

Prezidentin köməkçisi: "Jurnalistlər seçkini peşəkarlıqla, Seçki Məcəlləsinin tələblərinə uyğun işıqlandırmalıdır" Bakı. 19 mart. REPORT.AZ/ “Seçki mühüm prosesdir. Namizədlərin debatlarını əhaliyə, görüşləri ilə bağlı informasiyaları insanlara media orqanları çatdırır. KİV-in rolu seçkidə iştirak edən namizədin rolu qədərdir”.
Daxili siyasət
19 Mart , 2018 12:33
Prezidentin köməkçisi: Jurnalistlər seçkini peşəkarlıqla, Seçki Məcəlləsinin tələblərinə uyğun işıqlandırmalıdır
Prezidentin köməkçisi Əli Həsənov / Report/ Elchin Murad

Bakı. 19 mart. REPORT.AZ/ “Seçki mühüm prosesdir. Namizədlərin debatlarını əhaliyə, görüşləri ilə bağlı informasiyaları insanlara media orqanları çatdırır. KİV-in rolu seçkidə iştirak edən namizədin rolu qədərdir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, jurnalistlər bu prosesi peşəkarlıqla, Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirməlidirlər: “Jurnalistlərin fəaliyyəti ilə seçkinin imici formalaşacaq. Burada məsuliyyət önəmlidir. Jurnalist həm də Azərbaycan vətəndaşıdır. Seçki Məcəlləsinin tələbləri mütləq nəzərə alınmalıdır, belə olmazsa, seçkinin imicinə xələl gələr. Ölkə başçısı da prezidentliyə namizəddir. Onun cari fəaliyyəti ilə, seçki təbliğatını düzgün dəyərləndirmək lazımdır. Bunlar nəzərə alınmalıdır”.

Ödənişli təşviqat məsələsinə toxunan Ə.Həsənov qeyd edib ki, jurnalistlər kommersiya maraqlarından da çıxış edirlər, bu da normal haldır: “Onlar, sadəcə, tərəflərə bərabər imkanlar yaratmalıdırlar”.

Son xəbərlər

Orphus sistemi