Prezident seçkiləri ilə əlaqədar seçki dairəsinin ərazisində müşahidə aparılması üçün qeydiyyatdan keçmə müddəti başa çatır

Prezident seçkiləri ilə əlaqədar seçki dairəsinin ərazisində müşahidə aparılması üçün qeydiyyatdan keçmə müddəti başa çatır Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanda seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti sabah - aprelin 6-da başa çatır.
Daxili siyasət
5 Aprel , 2018 09:59
Prezident seçkiləri ilə əlaqədar seçki dairəsinin ərazisində müşahidə aparılması üçün qeydiyyatdan keçmə müddəti başa çatır
Report

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanda seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti sabah - aprelin 6-da başa çatır.

“Report”un xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələr seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək təqdim edilməlidir.

Azərbaycan bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti isə aprelin 1-də başa çatıb. 

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Son xəbərlər

Orphus sistemi