Prezident: "Quruculuq işləri və əhalimizin qayıdışı ilə yenidən canlanan həyat yazın gəlişinə xüsusi ab-hava qatır"

Prezident: "Quruculuq işləri və əhalimizin qayıdışı ilə yenidən canlanan həyat yazın gəlişinə xüsusi ab-hava qatır" Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən c
Daxili siyasət
17 Mart , 2023 19:23
Prezident: Quruculuq işləri və əhalimizin qayıdışı ilə yenidən canlanan həyat yazın gəlişinə xüsusi ab-hava qatır

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə xalqı təbrikində yer alıb.

Dövlət başçısı ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarını yetirib, bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıb.

Son xəbərlər

Orphus sistemi