Yuxarı
    Bağlamaq

    ​Prezident Nardarana daha 17,4 milyon manat vəsait ayırıb

    Maliyyə Nazirliyi və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə müvafiq tapşırıqlar verilib

    Bakı. 2 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyi və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi