Prezident Madər Musayevi “Şərəf” ordeni ilə təltif edib

Prezident Madər Musayevi “Şərəf” ordeni ilə təltif edib Onun 70 yaşı tamam olur
Daxili siyasət
24 Noyabr , 2017 12:34
Prezident Madər Musayevi “Şərəf” ordeni ilə təltif edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Madər Musayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Madər Ələsgər oğlu Musayev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, noyabrın 26-da deputat Madər Musayevin 70 yaşı tamam olur.

Son xəbərlər

Orphus sistemi