Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" qanunu imzalayıb.
"Report" xəbər verir ki, sənədə əsasən, işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində təsdiq edilib.
Müəyyən edilib ki, 2021-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
|
İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən: |
120 000 000,0 |
|
1.1. |
büdcədən maliyyələşən təşkilatlar üzrə |
16 771 559,0 |
1.2. |
büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə |
16 771 559,0 |
1.3. |
qeyri-büdcə sektoru üzrə |
86 456 882,0 |
Sair gəlirlər |
30 000,0 |
|
2020-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti |
37 739 146,0 |
Müəyyən edilib ki, işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
|
İşsizliyə görə sığorta ödənişləri |
||
Peşə hazırlığının təşkili |
||
Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi |
2 000 000,0 |
|
Əmək yarmarkalarının, əmək birjalarının təşkili |
1 000 000,0 |
|
Haqqı ödənilən ictimai işlərin təşkili |
2 000 000,0 |
|
Özünüməşğulluq tədbirlərinin təşkili |
68 774 200,0 |
|
Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi |
2 000 000,0 |
|
Peşə standartlarının hazırlanması |
2 000 000,0 |
|
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri |
41 994 946,0 |
|
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri |
15 000 000,0 |
|
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi |
2 000 000,0 |
|
Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri |
1 000 000,0 |
İlin sonuna işsizlikdən sığorta fondunun(o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.