Prezident
"Report" xəbər verir ki, sərəncamla Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.
1991-1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı olub. 2019-cu ildən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.