​Prezident Bərdə Rayon İcra Hakimiyyətinə 5 milyon manat ayrılması barədə sərəncam imzalayıb

​Prezident Bərdə Rayon İcra Hakimiyyətinə 5 milyon manat ayrılması barədə sərəncam imzalayıb Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
Daxili siyasət
145
13 Mart , 2015 19:19
​Prezident Bərdə Rayon İcra Hakimiyyətinə 5 milyon manat ayrılması barədə sərəncam imzalayıb

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncam Bərdə şəhərinin mənzil fonduna daxil olan daha 56 çoxmənzilli binanın əsaslı təmirinin və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasının həyata keçirilməsi məqsədi ilə verilib.

Sərəncama əsasən, Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi və on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədi ilə Bərdə Rayon İcra Hakimiyyətinə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon, o cümlədən mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi üçün ilkin olaraq 3 milyon, kəndlərarası avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi