Yuxarı

​Prezident Administrasiyasının nümayəndələri vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirəcək - EKSKLÜZİV

Növbəti iqtidar-müxalifət görüşünün təşkil edilməsi isə gündəmdə deyil

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Prezident Administrasiyasının nümayəndələri vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirəcək.

"Report"un əldə etdiyi məlumata görə, görüşün tarixi yaxın günlərdə açıqlanacaq. Hazırda bu istiqamətdə iş aparılır.

Məlumata görə, növbəti iqtidar-müxalifət görüşünün təşkil edilməsi isə gündəmdə deyil.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Report"a açıqlamasında deyib ki, üç həftə öncə 10-dan çox qeyri-hökumət təşkilatı Prezident Administrasiyasına müraciət edib: "Müraciətdə konkret məsələlərərin müzakirəsi üçün görüş keçirilməsi xahiş olunub. Yəqin ki, bu müraciətə müsbət cavab veriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi