Petro Poroşenko: "Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm"

Petro Poroşenko: "Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm" Ukrayna prezidenti prezident seçkilərindəki qələbə ilə münasibətilə İlham Əliyevi təbrik edib
Daxili siyasət
12 Aprel , 2018 10:00
Petro Poroşenko: Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm

Bakı. 12 aprel. REPORT.AZ/ Ukrayna Prezidenti Petro Poroşenko İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazanılan qələbə münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə P.Poroşenkonun "Twitter" rəsmi səhifəsində bildirilib.

Təbrik müraciətində deyilir: "Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da güclənəcək. Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm!"

Son xəbərlər

Orphus sistemi