PA-nın şöbə müdiri: "Çalışmalıyıq ki, gənclərimiz öz arzularını Azərbaycanda reallaşdıra bilsin"

PA-nın şöbə müdiri: "Çalışmalıyıq ki, gənclərimiz öz arzularını Azərbaycanda reallaşdıra bilsin" Yusuf Məmmədəliyev: "Müasir gənclik durmadan inkişaf edir və onların təlabatları, istəkləri də dəyişir"
Daxili siyasət
6 Oktyabr , 2017 13:01
PA-nın şöbə müdiri: Çalışmalıyıq ki, gənclərimiz öz arzularını Azərbaycanda reallaşdıra bilsin

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Biz çalışmalıyıq ki, gənclərimiz öz arzularını Azərbaycanda reallaşdıra bilsin".

"Report" xəbər verir ki, bunu "Azərbayc­an gəncliyi 2017-202­1-ci illərdə Dövlət Proqramı" nın icrası­na həsr olunmuş tədb­irdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyi­b.

O bildirib ki, bunun üçün hər cür şərait yaratmaq lazımdır: "Müasir gənclik durmadan inkişaf edir və onların təlabatları, istəkləri də dəyişir. Yeni dövlət proqramı qarşıya konkret və aydın tapşırıqlar qoyub".

Şöbə müdiri qeyd edib ki, qarşıda gənclərin dini ekstremizm və separatizm kimi təhlükəli və zərərli təsirlərin altına düşməməsi üçün yeni iş formalarından istifadə etmək məsələləri durur: "Eyni zamanda onların yaradıcılığını, intellektual inkişafını stimullaşdırmaq və sağlam həyat tərzini təbliğ etmək üçün bütün sahələrdə gənc nəslin fəal iştirakına dəstək olması məsələsi gündəmə gəlir".

Son xəbərlər

Orphus sistemi