Ötən il Azərbaycanda 15 siyasi partiya auditdən keçib

Daxili siyasət
  • 12 may, 2020
  • 08:42
Ötən il Azərbaycanda 15 siyasi partiya auditdən keçib

2019-cu ildə Azərbaycanda məcburi audit subyekti olan 55 siyasi partiya fəaliyyət göstərib.

“Report” bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.

Məlumata görə, onların 15-i və yaxud 27,27%-i auditdən keçib. Bu, 2018-ci ilə nisbətən 1,9 faiz bəndi çoxdur.