Oqtay Əsədov: “Dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsaitdə artım yoxdur”

Oqtay Əsədov: “Dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsaitdə artım yoxdur” “Baş nazirə də məktub yazmışam, Samir Şərifova da demişəm”
Daxili siyasət
8 Dekabr , 2016 14:04
Oqtay Əsədov: “Dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsaitdə artım yoxdur”

Bakı. 8 dekabr. REPORT.AZ/ “Dedin ki, bu il Milli Məclisin büdcəsi 394 min manat artırılır. Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç sənin işıq puluna çatmayacaq. Yəni, dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsaitdə artım yoxdur”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov “Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihəsi zamanı parlamentin İşlər müdiri Firudin Hacıyevin çıxışı zamanı səsləndirdiyi “Milli Məclisin büdcəsi 394 min manat artırılır” fikrinə münasibət bildirərkən deyib.

Spiker bildirib ki, ötən il Milli Məclis ezamiyyə xərclərini aşağı salıb: “Ezamiyyə xərcləri bizə çatmırdı. Çünki biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik. Noyabr ayından sonra iki dəfə devalvasiya oldu. Bizdə də ən çox dövlət təşkilatları içərisində xaricə ezamiyyətə gedənlər parlamentin nümayəndə heyətləridir. Bu ildən iki parlament nümayəndə heyətinin fəaliyyətini bərpa etmişik. Baş nazirə də məktub yazmışam, Samir Şərifova da demişəm. Ezamiyyə xərcləri məsələsi qeydə alınmalıdır. Çünki beynəlxalq təşkilatlarda Milli Məclis iştirak etməsə, işlərdə çox böyük axsaqlıq olar. Ona görə də dekabrın 16-da bu məsələlələr hökumətin diqqət mərkəzində olsun”.

Son xəbərlər

Orphus sistemi