Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş mina terroru haqqında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldu
Daxili siyasət
24 Aprel , 2024 17:06
Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldu məlumatlandırıb.

"Report" xəbər verir ki, Ombudsman səfirlə görüşündə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, bir sıra təsisatlarla anlaşma memorandumlarının imzalandığını bildirib. O, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal prosesində sözügedən quruma dövri məruzələrin təqdim olunduğunu, təsisatın bu prosesdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

S.Əliyeva Ombudsman haqqında Qanuna edilmiş son dəyişikliklərdən danışaraq, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması və ayrı-seçkiliyin qarşısının alınması sahəsində mandatının genişləndiyini qeyd edib.

Müvəkkil Ermənistanın mina terroruna toxunaraq, basdırılmış minaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını bildirib. O, Böyük Britaniya tərəfindən minatəmizləmə sahəsində ölkəmizə göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Son illərdə ölkəmizin ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər barədə də məlumat verən Ombudsman cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi