Ölkə üzrə həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı

Ölkə üzrə həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da ölkə üzrə şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə bağlı imzaladığı qərar bu gündən qüvvəyə minib.
Daxili siyasət
21 Noyabr , 2020 00:00
Ölkə üzrə həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da ölkə üzrə şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə bağlı imzaladığı qərar bu gündən qüvvəyə minib.

"Report" xəbər verir ki, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Eyni zamanda, Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb və bəzi məhdudiyyətlər tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi