Nuşirəvan Səfərovun xidmətdən kənarlaşdırılan bacısı oğluna yeni vəzifə verilib

Nuşirəvan Səfərovun xidmətdən kənarlaşdırılan bacısı oğluna yeni vəzifə verilib O, daxili işlər orqanlarına xidmətə qaytarılıb
Daxili siyasət
2 Noyabr , 2017 11:39
Nuşirəvan Səfərovun xidmətdən kənarlaşdırılan bacısı oğluna yeni vəzifə verilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Bir müddət əvvəl işdə yol verdiyi nöqsanlara görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindəki (DYPİ) şöbə rəisi vəzifəsindən kənarlaşdırılan polis mayoru Namiq Kərimov yenidən daxili işlər orqanlarına xidmətə qaytarılıb.

“Report”un məlumatına görə, o, DYPİ-nin Patrul Bölüyündə baş inspektor vəzifəsində xidmətə başlayıb.

Xatırladaq ki, N.Kərimov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun bacısı oğludur. 

Son xəbərlər

Orphus sistemi