Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib

Daxili siyasət
  • 13 aprel, 2018
  • 13:04
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib

Bakı. 13 aprel. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib.

“Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Artur Rasi-zadə qərar imzalayıb.

Qərara əsasən, kollegiya üzvlərinin sayı 12 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Quluzadə Ramin Namiq oğludur.

Kollegiya üzvləri:

Abdullayev Əli İzzət oğlu - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini,

Vəlizadə Elmir Tofiq oğlu - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini,

Məmmədov Rövşən Həmid oğlu - Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri,

Seyidov Mirsənani Mirsaleh oğlu - Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri,

Qəribov Adil Abdulxalıq oğlu - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru,

Həsənov Həbib Namiq oğlu - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi,

Fərmanov Faiq Azər oğlu - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru,

Əliyev Azər Rövşən oğlu - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının nəqliyyat siyasəti şöbəsinin müdiri,

Hacıyeva Sevinc Məmməd qızı - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının insan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri,

Paşayev Suat Sabir oğlu - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru,

Əsədov Elnar Tahir oğlu - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru

44 filmi