"Bu ilin 8 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələr bütövlükdə layiqincə yerinə yetirilib, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunan müsbət nəticələr hesabat dövründə də qorunub-saxlanılıb".
"Report" xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik
Nazir 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 8 ayında qəsdən adamöldürmələrin 13,8, adamöldürməyə cəhdlərin 18,5, qəsdən sağlamlığa ağır zərərvurmaların 1,8, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7,5, mülkiyyət əleyhinə olan cinayətlərin 12,2, o cümlədən quldurluqların 7, hədə-qorxu ilə tələb etmələrin 19, dələduzluqların 27 faiz azaldığını, habelə cinayətlərin açılmasının yüksək olduğunu qeyd edib.