Naxçıvanda Ümummilli Liderin 100 illiyinə həsr olunmuş təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilib

Naxçıvanda Ümummilli Liderin 100 illiyinə həsr olunmuş təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilib Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilib.
Daxili siyasət
6 May , 2023 20:47
Naxçıvanda Ümummilli Liderin 100 illiyinə həsr olunmuş təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilib

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, yaşıllaşdırma tədbirlərində Naxçıvan şəhərinin ictimaiyyət nümayəndələri fəallıq göstərib. Aksiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, komitə, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri iştirak ediblər.

Aksiya çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun, Naxçıvan-Sədərək, Naxçıvan-Batabat avtomobil yolunun kənarlarında, Nəzərabad və Uzunoba kəndlərinin ərazilərindəki terraslarda və digər sahələrdə meyvə bağları və yaşıllıq sahələrinə qulluq göstərilib.

Ərazilər alaq otlarından təmizlənib, ağacların ətrafı təmizlənib, ağacların dibləri ağardılıb və suvarılıb. Qeyd edək ki, muxtar respublikanın rayonlarında da Ulu Öndərin 100 illiyi ilə bağlı təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilib.

Son xəbərlər

Orphus sistemi