Bu gündən etibarən ölkə üzrə bütün seçki dairələrində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvanda da treninqlərin təşkili diqqətdə saxlanılır.
Yanvarın 17-dən etibarən hər gün iki dəfə olmaqla keçirilən treninqdə dairə seçki komissiyalarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri barədə ətraflı məlumatlar verilir, əməkdaşların müxtəlif sualları cavablandırılır.
Bu gün keçirilən ilk treninqlərdə məlumat verilib ki, muxtar respublikada 6 seçki dairəsi və 310 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Bu məntəqələrin hər biri lazımi avadanlıqlarla təmin edilib.
Treninqdə beynəlxalq və yerli müşahidəçilərin seçkilərdəki hüquqları və rolu barədə də məlumatlar verilib.