Naxçıvanda Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılıb

Daxili siyasət
  • 06 dekabr, 2018
  • 09:27
Naxçıvanda Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılıb

Bakı. 6 dekabr.REPORT.AZ/ Naxçıvanda Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılıb. 

"Report"un xəbərinə görə, bununla bağlı dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməsi təsdiq edilib. Eyni zamanda şuranın tərkibi təsdiqlənib.