“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə verilib

“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə verilib Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.
Daxili siyasət
13 Mart , 2024 13:00
“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə verilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) tabeliyinə verilib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, AZAL, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.


***

Nazirlər Kabineti həmçinin 29 oktyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları” haqqında qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, “Naxçıvan” Beynəlxalq Hava Limanının VİP salonunda təhlükəsizliyin təmin edilməsi, eləcə də mühüm şəxslərin qarşılanması və yola salınması xidmətlərinin göstərilməsi “Naxçıvan” Beynəlxalq Hava Limanı, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Prezidentinin Təhlükəsizlik Xidməti və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektlərindən geri alınıb.

Son xəbərlər

Orphus sistemi