Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb
- 25 iyun, 2019
- 13:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb.
"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 25-də bu barədə müvafiq qərar imzalayıb.
Qərara əsasən, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2019-cu il iyun ayının 28-i saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.
Sessiyanın müzakirəsinə 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları və Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələləri daxildir.
Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.