Naxçıvan Ali Məclisinin növbəti sessiyası çağırılıb

Daxili siyasət
  • 10 iyul, 2018
  • 18:37
Naxçıvan Ali Məclisinin növbəti sessiyası çağırılıb

Bakı. 10 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyası çağırılıb.

“Report” xəbər verir ki, bu barədə müvafiq qərarı iyulun 10-da Ali Məclisin sədri Vasif Talıbov imzalayıb.

Qərara görə, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası 2018-ci il iyul ayının 14-də saat 11:00-da Naxçıvan şəhərində çağırılacaq.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:

1.2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2.Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3.“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.