​Müsavat Partiyasının Divanı mitinqlə bağlı qərar qəbul edəcək

Daxili siyasət
  • 24 noyabr, 2014
  • 08:36
​Müsavat Partiyasının Divanı mitinqlə bağlı qərar qəbul edəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Müsavat Partiyası 10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü ilə bağlı mitinq keçirməyi planlaşdırır.

Bu barədə "Report"a partiya başqanının müavini Elman Fəttah məlumat verib. O bildirib ki, mitinqlə bağlı qərar partiyanın Divanında keçiriləcək müzakirələrdən sonra qəbul ediləcək.

E.Fəttah mitinqdə digər müxalifət partiyalarının da iştirakının təmin edilməsi məsələsinin müzakirələrin nəticəsindən asılı olduğunu qeyd edib.