Yuxarı

Müsavat Partiyasının başqanı Qubad İbadoğluya qarşı ciddi ittihamlar səsləndirib

Arif Hacılı: “Qubad İbadoğlu Müsavata vura biləcəyi bütün zərbələri vurdu”

Bakı. 28 yanvar. REPORT.AZ/ “Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı. Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi”.

“Report”un xəbərinə görə, bunu özünün facebook səhifəsində Müsavat Partiyasının başqanı Arif Hacılı yazıb.

O vurğulayıb ki, Q.İbadoğlu Müsavat Partiyasına qarşı kampaniya aparana qədər heç vaxt hər hansı bir siyasi kampaniyanın lideri olmayıb: “Ətrafındakı qrupla antimüsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi