Müsavat Partiyası iqtidar-müxalifət görüşünə dəvət olunub

Daxili siyasət
  • 10 fevral, 2015
  • 07:07
Müsavat Partiyası iqtidar-müxalifət görüşünə dəvət olunub

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan iqtidarı ilə müxalifət partiyaları arasında fevralın 12-də növbəti görüşə Müsavat Partiyası da dəvət olunub.

Bu barədə "Report"a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

"Görüşdə iştirakla bağlı Müsavat Partiyasına da müraciət olunub", - o deyib.

G.Aslanlı bildirib ki, partiya görüşə qatılıb-qatılmamaqla bağlı qərar verməyib: "Bu məsələ partiyada müzakirə olunacaq. Müzakirələrdən sonra qərar verəcəyik".

Qeyd edək ki, Azərbaycan iqtidarı ilə müxalifət partiyaları arasında ilk görüş 2014-cü il dekabrın 13-də keçirilib. 

44 filmi