Müsavat başqanının müavini həbsxanaya qaytarılıb
Daxili siyasət
- 01 may, 2015
- 08:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 may. REPORT.AZ/ Qızı Nərgiz Yaqublunun yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu həbsxanaya qaytarılıb.
Partiya başqanının müavini Elman Fəttah "Report"a açıqlamasında deyib ki, Tofiq Yaqubluya verilən yeddi günlük azadlıq müddəti bu gün bitib: "Müddət tamam olduğundan onu həbsxanaya yola saldıq".
Xatırladaq ki, Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bir neçə gün öncə Rusiyanın Tomsk şəhərində xəstəxanaların birində dünyasını dəyişib. O, Bakının Qaraçuxur qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
Qeyd edək ki, T.Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən hadisələr zamanı həbs olunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Son xəbərlər
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region