Yuxarı

MSK: Səsvermədə qayda pozuntunun olması ilə bağlı şikayət daxil olmayıb

Saat 12:00-a qədər 5627 məntəqədən 5604-ü hesabat verib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün keçirilən ümumxalq səsverməsi ilə (referendum) bağlı saat 12:00-a qədər Mərkəzi Seçki Komissiyasının 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.

“Report”un xəbərinə görə, bu barədə Mərkəz Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

O bildirib ki, saat 12:00-a qədər 5627 məntəqədən 5604-ü hesabat verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi