"İndiyə qədər bələdiyyə seçkiləri ilə bağlı
"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, seçkilər rəvan şəkildə davam edir: “Hələ ki, biz narahatlığın şahidi olmamışıq. Müşahidəçilər də bildirirlər ki, seçki prosesi öz qaydasında davam edir. "Qaynar xətt"ə müraciətlər daxil olur və bu müraciətlər də əsasən namizədlər tərəfindən texniki xarakterli, hansısa məsələlərin aydınlaşdırılması ilə bağlı olur. Mərkəzi Seçki Komissiyasının əməkdaşları dərhal müraciətlərə cavab verir, suallar cavablandırılır və lazımi kömək göstərilir”.
R.Qasımov qeyd edib ki, seçkilərdə fəallıq əvvəlki illərlə müqayisədə daha yüksəkdir: "Bələdiyyə seçkilərində fəallığı əvvəlcədən proqnozlaşdırmaq çətin olur, ancaq onu deyə bilərəm ki, ötən seçkilərlə müqayisədə fəallıq artıb. Eyni zamanda veb-kameralar vasitəsilə müşahidə fəal şəkildə davam edir”.