MSK sədri: "Prezidentliyə namizədlərin İTV-də debatı saat 22:00-da başlayacaq"

MSK sədri: "Prezidentliyə namizədlərin İTV-də debatı saat 22:00-da başlayacaq" "Prezident seçkilərində jurnalistlərə bütün şərait yaradılacaq"
Daxili siyasət
447
19 Mart , 2018 12:17
MSK sədri: Prezidentliyə namizədlərin İTV-də debatı saat 22:00-da başlayacaq
MSK sədri Məzahir Pənahov / © Report/ Elchin Murad

Bakı. 19 mart. REPORT.AZ/ “Bu gün seçkiqabağı təşviqat başlayıb. Artıq bu gün axşamdan İctimai Televiziyada namizədlərin debatı baş tutacaq. Televiziyadakı debat saat 22:00-da, radioda isə çıxışlar 19:00-da olacaq”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçki məntəqələrində artıq 1000 veb-kamera quraşdırılıb.

MSK sədri qeyd edib ki, səsvermə gününə bir neçə gün qalmış ölkəyə 280 beynəlxalq müşahidəçi gələcək.

M.Pənahov bildirib ki, seçkilərin şəffaf keçirilib-keçirilmədiyini müşahidəçilər və mətbuat orqanları üzə çıxarır: “Seçkinin şəffaf keçirilməsi üçün siyasi iradə olmalıdır. Azərbaycanda da seçkilərin şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb”.

MSK sədri bildirib ki, ölkədə gedən prosesləri maraqlı tərəflər izləyirlər: "Bütün dünyada belədir. Bu maraqlar mənfi də ola bilər, müsbət də. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin üzərinə də məsuliyyət düşür. Azərbaycanda jurnalistlər son 20 ildə kifayət qədər təcrübə toplayıblar. Mərkəzi Seçki Komissiyası kütləvi informasiya vasitələrinin nümayəndələrindən arxayındır. Prezident seçkilərində jurnalistlərə bütün şərait yaradılacaq".

Orphus sistemi