MSK saat 12:00-a olan seçici fəallığını açıqlayıb - ƏLAVƏ OLUNUB

MSK saat 12:00-a olan seçici fəallığını açıqlayıb - ƏLAVƏ OLUNUB Ölkə üzrə seçicilərin 21, 44 faizi seçici səsvermə hüququndan istifadə edib
Daxili siyasət
23 Dekabr , 2014 12:41
MSK saat 12:00-a olan seçici fəallığını açıqlayıb - ƏLAVƏ OLUNUB

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərində saat 12:00-a olan seçici fəallığı ilə bağlı nəticələri açıqlayıb.

“Report”un məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, səsverməyə başlayan andan indiyədək ölkə üzrə seçicilərin 21, 44 faizi (1 033 210 nəfər) seçici səsvermə hüququndan istifadə edib.

Ən yüksək aktivlik 51 saylı Qusar, 53 saylı Quba- Qusar Seçki Dairəsində, ən passivi dairələr isə Gəncədə 37, 38, 39, 40 saylı Seçki Dairələrdir. 

R.Gülməmmədov qeyd edib ki, Seçkilər İnformasiya Mərkəzinə 50-ə yaxın müraciət daxil olub, bunlar sosial şəbəkələr, "Qaynar xətt"ə zəng və başqa vasitələrlə olub: "Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".

Son xəbərlər

Orphus sistemi