​MSK “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb

​MSK “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb
Daxili siyasət
11 Noyabr , 2014 16:33
​MSK “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb
Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb. Bu barədə “Report”a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvü seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onların işinin daha da asanlaşdırılmasına köməklik göstərməkdir. “Namizədlər üçün yaddaş” kitabçasında bələdiyyə üzvlüyünə qeydiyyat mərhələsi ilə bağlı atılası addımlar və qeydə alınmış namizədlərin hüquq və vəzifələri, onlara qanunla qadağan edilən məsələlər barədə məlumat verilib.

Yaddaş kitabçası Seçki Məcəlləsinin və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Yaddaş kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet saytından əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi