MSK-da “Veb-kameralara texniki nəzarət mərkəzi” ilə tanışlıq olub

MSK-da “Veb-kameralara texniki nəzarət mərkəzi” ilə tanışlıq olub Bakı. 28 mart. REPORT.AZ/ Aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) “Veb-kameralara texniki nəzarət mərkəzi” ilə tanışlıq olub.
Daxili siyasət
28 Mart , 2018 13:06
MSK-da “Veb-kameralara texniki nəzarət mərkəzi” ilə tanışlıq olub

Bakı. 28 mart. REPORT.AZ/ Aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) “Veb-kameralara texniki nəzarət mərkəzi” ilə tanışlıq olub.

“Report”un xəbərinə görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzə baxış keçirib. 

MSK sədri Məzahir Pənahov nazirə məlumat verərək bildirib ki, səsvermə prosesini izləmək üçün seçki məntəqələrində 1000 veb-kamera quraşdırılıb, bu, ümumilikdə seçki məntəqələrinin 20 faizini əhatə edir. 

Qeyd olunub ki, veb-kameraların quraşdırılması şəffaflığın təmin edilməsi üçündür.

Son xəbərlər

Orphus sistemi