Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, iclasda Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yekunu elan olunub.
Seçki ilə bağlı yekun protokol səsverməyə çıxarılıb. Səsvermədə MSK-nın 18 üzvündən 17-si iştirak edib. Yekun protokol 2 əleyhinə, 15 lehinə olmaqla təsdiqlənib. MSK üzvü Azər Tağıyev səsvermədə iştirak etməyib.