Milli Olimpiya komandanın üzvləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib - SİYAHI

Daxili siyasət
  • 01 sentyabr, 2016
  • 14:13
Milli Olimpiya komandanın üzvləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib - SİYAHI

Bakı. 1 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Abakarova Patimat Serajutdinovna

Axundova Larisa Viktorovna

Aliomarov Maqomed Aliomaroviç

Beigi Harchegani Milad

Çunayev Rasul Abakər oğlu

Dəvrişov Əli İsa oğlu

Əliyev Hacı Azər oğlu

Əli-Zadə Rəşad Allahverdi oğlu

Həsənov Cəbrayıl İlham oğlu

Məmmədov Anar Vahid oğlu

Məmmədov Orxan Rasim oğlu

Məmmədov Samir Telman oğlu

Radomski Alen

Radomskiy Dmitro

Sinişin Natalya

Şəriəti Sabah Saleh oğlu.