Milli Məclisin plenar iclası keçirilir

Milli Məclisin plenar iclası keçirilir İclasın gündəliyinə 20 məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
28 Aprel , 2015 12:16
Milli Məclisin plenar iclası keçirilir

Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasın gündəliyinə 20 məsələnin müzakirəsi daxil edilib.

İclasda "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də, "Yol hərəkəti haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunlara dəyişikliklər edilməsi nəzərdə tutulub. Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinə, eləcə də Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Əmək və Mülki Prosessual Məcəllələrində dəyişikliklər edilməsi də planlaşdırılıb.

Bundan başqa, iclasda Azərbaycan vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış ölkə vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər ediləcək, həmçinin "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq. "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihəsi də bugünkü plenar iclasda deputatların müzakirəsinə veriləcək. 

Son xəbərlər

Orphus sistemi