Yuxarı
    Bağlamaq

    Milli Məclisin payız sessiyası başlayır

    İclasın gündəliyinə 39 məsələnin müzakirəsi daxil edilib

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Milli Məclisin payız sessiyası başlayır.

    "Report"un xəbərinə görə, sabah - sentyabrın 30-da sessiyanın ilk plenar iclası keçiriləcək.

    İclasın gündəliyinə 39 məsələnin müzakirəsi daxil edilib.

    İclasda müzakirə olunacaq məsələlər sırasına parlamentin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, Cinayət, Torpaq, Mülki və İnzibati Xətalar Məcəllələrinə, eləcə də "Diplomatik xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Torpaq bazarı haqqında", "Torpaq islahatı haqqında", "Yeyinti məhsulları haqqında", "Melorasiya və irriqasiya haqqında", "Dövlət qulluğu haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" və daha bir neçə qanuna dəyişikliklər edilməsi daxildir.

    Qeyd edək ki, bu, Milli Məclisin IV çağırış üçün sonuncu sessiyasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi