Milli Məclisin komitələrindən birinin üzvlərinin sayı artırılıb

Daxili siyasət
  • 14 fevral, 2017
  • 08:33
Milli Məclisin komitələrindən birinin üzvlərinin sayı artırılıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) Əmək və sosial siyasət komitəsinə yeni üzv seçilib.

"Report"un xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında komitə üzvlüyünə deputat Jalə Əliyevanın namizədliyi irəli sürülüb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da, MM-in Əmək və sosial siyasət komitəsinin üzvlərinin sayı 11-ə çatıb.

Xatırladaq ki, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.